Türkiyənin məşhur ulduzu Tarkana reklam təklifi gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə reklam şirkətləri sənətçinin qızı Liya ilə maraqlanmağa başlayıblar.

Məşhur uşaq brendi ifaçının qızının fotosunu markanın loqosu ilə instaqramda paylaşdığı təqdirdə, 5 milyon TL ödəniş edəcəklərini qeyd edib.

Qızını ictimaiyyətdən uzaq tutan pop ulduz sözügedən təklifi rədd edib.

Milli.Az