Bakı. Trend:

AFFA millimizin üzvünün formasında soyadının səhv yazılmasına görə məsul şəxslərə ciddi xəbərdarlıq edib.

Trend-in qurumun "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, Avro-2020-nin seçmə mərhələsində Zaqreb şəhərində keçirilmiş Xorvatiya – Azərbaycan oyununda (2:1) 72-ci dəqiqədə meydana daxil olan Emin Mahmudovun formasının üzərindəki soyadında hərf səhvi olub.

AFFA rəhbərliyi qeyd olunan texniki yanlışlıqla bağlı məsul şəxslərə ciddi xəbərdarlıq edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin