"Çelsi"nin belçikalı ulduzu Eden Azar NHL telekanalının suallarını cavablandırıb.

Milli.Az futbolpress.az-a istinadən xəbər verir ki, blits-müsahibədə o, bir sıra maraqlı fikirlər səsləndirib...

- Kristianu Ronaldu...
- Onun səviyyəsinə yüksəlmək möhtəşəm olar.

- Müdafiə olunmağı sevmirsən, eləmi?
- Doğrudur.

- Pivə, yoxsa şərab?
- Seçim qarşısında qalsam, pivəni üstün tutaram, amma yaxşı bir şəraba da yox demərəm. Bordo şərabı.

- 3 hamburger yeyə bilərsən?
- Əgər balacadılarsa, bəli. Ancaq böyükdülərsə, 3-cünü yeyə bilmərəm.

- Heç siqaret çəkmisən?
- Bəli.

- "Tottenhem", yoxsa "Arsenal"?
- Uşaq vaxtı Tyerri Anrini sevirdim.

- "Real", yoxsa "Barselona"?
- İkisi də böyük klubdu.

- "Lill", yoxsa PSJ?
- "Lill".

- Mbappe, yoxsa Neymar?
- Seçim eləməyim lazımdısa, onda Mbappe. Çünki onu yaxından tanıyıram.

- Karyeranı MLS-də bitirmək istəyərsən?
- Xeyr. Nə olacağını bilmirəm, amma ABŞ-da futbol oynayacağımı saymıram.

- Bəs Belçika?
- Bəli. Ancaq bu, bir qədər qarışıq vəziyyətdi.

- Bir gün "Qızıl top"u qazanacaqsan?
- Bəli.

- Siyasətlə maraqlanırsan?
- Xeyr.

- "Brexit" (Böyük Britaniyanın Avropa Birliyindən ayrılma siyasəti - red.) marağını çəkmir yəni?
- Bununla maraqlanıram. Çünki "Çelsi"də işləyənlər üçün bu vacibdir. Onlarla danışıram və hamısı "Brexit"ə görə çox narahatdılar.

- Çində oynayarsan?
- Xeyr.

- "Barselona" bu il Çempionlar Liqasını qazana biləcək?
- Bəlkə də. Ancaq Kriştianu Ronaldu hər mövsüm qazanır. Çətin olacaq.

- "Çelsi"nin mavisi, yoxsa "Real"ın ağı?
- Mavi.

- Joze Mourinyo, yoxsa Rafael Benites?
- Mourinyo.

Milli.Az