19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Avropa çempionatının əsas mərhələsində bu gün son oyununu keçirəcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandamız son sınağında Sloveniya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qrupun digər oyununda isə Hollandiya və Kipr milliləri üz-üzə gələcəklər.
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyunda Kiprə 1:7, Hollandiyaya isə 1:6 hesabı ilə uduzub.
30 mart
21:00. Azərbaycan - Sloveniya
Hakimlər: DamianYaruçevits (Polşa), İvo Tsenov (Bolqarıstan), Marko Rothenflu (İsveçrə)
Podçetrtek İdman Sarayında
Milli.Az