Tanınmış rejissor Rövşən Almuradlı vəfat edib.

Metbuat.az-ın məlumatına görə, R.Almuradlı bu gün səhər saatlarında dünyasını dəyişib.

Mərhum Sumqayıtda dəfn olunacaq.

Tanınmış rejissor vəfat etdi -

Qeyd edək ki, Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakı şəhərində anadan olub. 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissoru olub.

Tanınmış rejissor vəfat etdi -