ABŞ Müdafiə Nazirliyi (Pentaqon) noyabrda Türkiyəyə göndərilməsi planlaşdırılan “F-35” təyyarələrini göndərmək üçün hazırlıq fəaliyyətlərini dayandırıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Çarlz E.Sammers açıqlayıb. O, açıqlamasında deyib: “Türkiyə ilə bu əhəmiyyətli mövzudakı dialoqumuz davam edir. Ancaq Türkiyə “S-400”-ləri təhvil almaqdan əl çəkənə qədər, ABŞ Türkiyəyə “F-35” göndərməklə bağlı fəaliyyətini təxirə salır”.

Günay Elşadqızı / METBUAT.AZ