47 yaşlı Marie Lollis adlı qadın 13 illik evliliyini rəsmi şəkildə bitməsini qeyd etmək üçün foto çəkiliş edib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, qadın çəkiliş zamanı toy fotosunu yandıraraq “Nəhayət ki, boşandım” yazılan bir qədəhlə poz verib.
Qısa şort və dizə qədər çəkmələr geyinən qadın qeyri-adi görüntülərə səbəb olub.
“Daily Mail”ə açıqlama edən qadın “güclü qadınların həyatlarına davam etmək və xoşbəxt olmaq üçün bir kişiyə ehtiyacları olmadıqlarını göstərmək istədim” deyib.
Marie köhnə həyat yoldaşının çox dəyişdiyini, alkoqol və narkotik maddə aludəçisi olduğunu və evləndikdən sonra onunla pis davrandığınıbildirib.
Onunla xoşbəxt olmadığını görən qadın boşanmağa qərar verib.
Marienin fotolarını görən bir Tvitter istifadəçisi “Bu boşanma foto çəkilişindən gələn son dərəcə güclü hislərdir” sözləri ilə fotoları öz səhifəsində yayımlayıb. Mrienin bu albomuna 50 mindən çoxx bəyənmə və 10 min tvit gəlib.
O, çox sayda qadının onunla əlaqə saxlayaraq dəstəklədiyini bildirib.






