24 yaşlı Ana Kalatayud Peres-Manqlano son dəfə ayaqlarını dörd ay əvvəl qırxıb. İspaniyanın Valensiya bölgəsində yaşayan Ananın dediyinə görə, bu işi mənasız saydığı üçün son qoyub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Madriddəki İncəsənət Akademiyasında təhsil alan rəssam Ananın sözlərinə görə, sosial şəbəkələrdəki trollinqə rəğmən, ayaqlarını qırxmaq niyyətində deyil.
"Tənbəllik edirəm, ərinirəm. Bu işi mənasız və gərəksiz sayıram. Ayaqlarımın əks olunduğu videonu sosial şəbəkələrdəki profillərimdə yayandan sonra tənqid olundum, təhqirlərə məruz qaldım. Lakin eynimə deyil. Ayaqlarımı qırxmıram, kimə nə?!", - Ana söyləyib.
Onun sözlərinə görə, qərarı feminzmlə bağlı deyil.
Milli.Az