Məşhur müğənni Riki Martin bildirib ki, qız övladı dünyaya gəlib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, 47 yaşlı müğənni öz həmcinsi ilə evlidir. Yeni doğulan körpəyə Lyusiya Martin-Yozef adı verilib.

Uşağa ikinci soyad Rikinin əri Cvan Yozef tərəfindən verilib. Müğənni rəssam həmcinsi ilə bir ildən çoxdur ki, evlidir. Riki qızının bir fotosunu da paylaşıb:

"Sağlam və gözəl Lyusiyanın valideyni olmaqdan çox xoşbəxtik. Bu, bizim üçün çox vacib idi. Səbrsizliklə uşağı gözləyirdik".

Milli.Az