Bakı, 5 may, Nihat Budaqov, AZƏRTAC
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “28 May” stansiyasının əsas girişi mayın 5-dən sərnişinlərin istifadəsinə verilib.
QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a bildirib ki, sərnişinlər artıq uzun müddətdir ki, stansiyanın əsas çıxışından istifadə edirdilər. Lakin əsas girişdə təmir işləri davam etdirilirdi. Bakıda keçiriləcək birinci Avropa Oyunlarını nəzərə alaraq biz təmir işlərini sürətləndirdik və artıq bu gündən etibarən stansiyanın əsas girişi istifadəyə verilib.
“28 May” stansiyasının əsas girişi 2013-cü il iyulun 1-dən təmirə bağlanmışdı.