Ölmüş oğullarını belə xatırladılar

Sosial media ölən əkizinin boş beşiyinə baxan yeni doğulmuş körpənin fotosundan danışır.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, ölmüş körpənin anası ölmüş oğlunun itkisini boş beşiyə mələk qanadları və mavi ədyal yerləşdirərək ifadə edib.

39 yaşlı Heather Bovman hamiləliyinin 18-ci həftəsində olarkən əkizlərinin oğlan olanını itirib. Digər uşağı üçün narahat olan ana 36-cı həftəsində qız uşağını sağlam şəkildə dünyaya gətirib.

Doğumdan sonra körpəsinin foto çəkilişi üçün studiyaya gələn ana 18 həftəlik olarkən itirdiyi körpəsini də unutmayıb.

Ceyms adlı fotoqrafın hazırladığı konsepsiya qaşısında təsirlənən ana “Oğlumu heç vaxt unutmayacağam. Ceyms çox zərif bir düşüncə ilə hərəkət edib. ölmüş körpəmlə qızımı bir araya gətirmək çox gözəl ideya idi. onun da bizimlə olduğunu bilmək gözəldir. Bunu gördükdə göz yaşlaarımı saxlaya bilmədim” deyə bildirib.

1

9

8

https://metbuat.az/news/1159935/dunyaca-meshur-mugenni-reabilitasiya-merkezine.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR