Milli Məclisin deputatları Qətərə səfər edəcəklər

Milli Məclisin deputatları Qətərə səfər edəcəklər
14:17 5 Aprel 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin deputatları Kamran Bayramov, Şahin İsmayılov və Sona Əliyeva Parlamentlərarası İttifaqın 140-cı Assambleyasında iştirak etmək üçün aprelin 6-da Qətər Dövlətinin paytaxtı Doha şəhərinə səfərə gedecəklər.
Bu barədə "Report"a parlamentin Mətbuat xidmətindən məlumat verilib.  
Toplantida millət vəkilləri “Sülhə zərər verən və insan hüquqlarını pozan vasitə kimi muzdlulardan istifadənin yolverilməzliyi”, “Dayanıqlı inkişaf məqsədlərinə, xüsusilə də iqtisadi bərabərlik, dayanıqlı infrastruktur, sənayeləşmə və innovasiyaya nail olmaqda azad və ədalətli ticarət və investisiyanın rolu” adlı qətnamə layihələrinin müzakirələrində iştirak edəcəklər.
Millət vəkilləri müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcəklər.
Səfər aprelin 11-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/milli-meclisin-deputatlari-qetere-sefer-edecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR