Bu yolda sürət həddi endirilir

Bu yolda sürət həddi endirilir
16:39 5 Aprel 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən başlayaraq Bakı şəhəri istiqamətində əsas hərəkət zolaqları üzrə təmir işləri aparılacaq.
 
Bu barədə Lent.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Nəcəfli bildirib.
 
Onun sözlərinə görə, təmir işləri ilə əlaqədar olaraq yol boyu sürət həddi 70 km/saat-a qədər endirilir.
 
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR