Netanyahu ilk dəfə müharibə planlarını açıqladı

İsrailin baş naziri Binyamin Netanyahu ilk dəfə olaraq müharibə planlarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Netanyahu İsrail parlamentindəki çıxışında bildirib ki, İsrailin hədəfi "İranın şər oxunu” ortadan qaldırmaqdır. Netanyahu bu məqsədlərdən əl çəkməyəcəklərini bildirib. İranın İsrailə hava hücumunun hərtərəfli olduğunu iddia edən Netanyahunun sözlərinə görə, Tehranın bölgədə dəstəklədiyi qüvvələrə ağır zərbələr vurduqlarını ifadə edib. Netanyahu çıxışında bu hücumların davam edəcəyini ifadə edib.

O, İsrailin məqsədinə çatması üçün hücumların davam etdirilməsinin önəmindən danışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR