Tramp Harrisi qabaqlayır - Sorğu

Donald Tramp ABŞ-da prezident seçkilərinin gərgin keçəcəyi gözlənilən ştatlarda Kamala Harrisi cüzi qabaqlayır.

Metbuat.az xəbər verir ki, ABŞ-da keçirilən sorğulara görə, prezident seçkilərində həlledici olacaq 7 ştatın hamısında Respublikaçı namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisdən 0,9 bal fərqlə irəlidədir. “Reuters”, “CBS News”, “Pew”, “Harvard” və “NBC News” kimi məşhur anketlər də daxil olmaqla cari sorğuların orta göstəricilərinə görə, Tramp ölkə üzrə 48,5 faiz, Harris isə 48,4 faiz səs toplayıb.

Sorğular arasında “Reuters”in araşdırması Harrisə dəstəyin 48 faiz, Trampa dəstəyin isə 45 faiz olduğunu müəyyən edərkən, “CBS”nin sorğusunda Harrisin 50 faiz, Trampın isə 49 faizə səs topladığı müşahidə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı