Flik Ançelotti ilə aralarındakı mübahisədən danışdı

“Barselona”nın baş məşqçisi Hansi Flik “El Klassiko”da “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti ilə aralarındakı mübahisədən danışıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, gərginlik qolla bağlı olub. “Barselona”nın ehtiyat oyunçuları və məşqçiləri qolu qeyd etdikdən sonra Ançelotti onlara etiraz edib. Flik “Onunla danışdım, amma bu, normal bir vəziyyətdir. Qolu qeyd etdik” - deyə bildirib.

Qeyd edək ki, Karlo Ançelotti məsələ barədə açıqlamasında problemin Hansi Fliklə deyil, onun köməkçisi ilə bağlı olduğunu bildirmişdi.

“Mənim problemim Fliklə deyil, onun köməkçisi ilə bağlı idi. O qolu bizim ehtiyat oyunçuların önündə qeyd edərkən idmana yaraşmayan hərəkətlər göstərdi. Flikə bunu normal bir şəkildə söylədim və o qəbul etdi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR