Məktəbli qız intihar etmək istəyibmiş - Ona lağ edirdilər

Məktəbli qız intihar etmək istəyibmiş - Ona lağ edirdilər
18:27 5 Aprel 2019
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Məktəblini lağa qoyduqları üçün o, özünü atıb. Bu bədbəxt hadisə deyildi, intihara cəhd idi.

Milli.Az xəbər verir ki, bu sözləri Oxu.az-a məktəblinin yaxın yoldaşlarından biri deyib.

Onun sözlərinə görə, məktəbdə bir qrup uşaq ona gülərək lağ ediblər:

"Mən onu yaxşı tanıyıram. Biz rəfiqəyik, onların evlərinə gediş-gəlişimiz var. Məktəbdə uşaqlar onu lağa qoyurdular. Heç başa düşmürdü, bunu niyə edirlər. Onu məsxərəyə qoyub gülürdülər. Ailəsi nə çox imkanlı, nə də kasıbdır. Valideynlərinin arasında evdə heç bir problem olmayıb, onlarla münasibəti çox yaxşı olub.

O, bu barədə mənə danışırdı, sıxıldığını deyirdi. Anası da, biz də bu məsələ ilə bağlı məktəb rəhbərliyinə müraciət etsək də, bizə fikir verən olmamışdı. Ümumiyyətlə, yuxarı sinifdəki uşaqlar tək ona yox, bir çox şagirdlərə qarşı belə psixoloji təzyiqlər edirlər. Müdir isə onun anasına deyib ki, problem sizin uşağınızdadır. 

Anası onunla dost kimi idi. Bir müddət əvvəl oğlan dostundan ayrıldığını da deyəndə anası ona dəstək olmuşdu. Ailə probleminə görə belə bir şey olmayıb. O, bütün bu lağlağıdan sıxıldı və özünü üçüncü mərtəbədən atdı.

Bu bədbəxt hadisə deyildi, bilərək atdı. Atası da bu məsələni araşdırır. Artıq məktəbdən aidiyyəti orqanlara şikayət etməyə hazırlaşırlar".

Qeyd edək ki, bundan əvvəl məktəbli qızın üçüncü mərtəbədən bədbəxt hadisə nəticəsində yıxıldığını bildirirdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR