Atatürk Hava limanına enen son teyyare Bakıdan gəlib

Atatürk Hava limanına enen son teyyare Bakıdan gəlib
01:52 6 Aprel 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Atatürk Hava limanından İstanbul Havalimanına "Böyük Köç" olaraq adlandırılan tarixi köçürürülmə prosesi başladı. 
"Report"un Türkiyə bürosu xəbər verir ki, 86 ildir İstanbulda fəaliyyət göstərən Atatürk Hava limanının İstanbul Hava limanına köçürülməsi üçün hazırlıqlar başa çatıb. 
Türk Hava Yollarının (THY) Atatürk Hava limanından İstanbul Hava limanına 707 tır səfəri ilə 45 saat davam etməsi planlaşdırılan tarixi daşınma əməliyyatı başlayıb. Belə ki, Türk Hava Yolları aprelin 5-i saat 03.00-da İstanbul Hava limanına doğru hərəkətə başlayıb. 
Hərəkət zamanı görülən tədbirlər çərçivəsində müəyyən yollar bir müddətlik nəqliyyatın hərəkətinə bağlanıb.
THY əsas bazası və nəqliyyat vasitəsitələri daşınması aprelin 5-dən 6-na keçən gecə saat 01:00 dan baş tutacaq. Köç prosesinin müvəffəqiyyətlə həyata keçirilməsi və əhalinin rahatlığı üçün bütün tədbirlər görülüb.
Onu da qeyd edək ki, ağır texnikanın daşınılması prosesində bu gecə Yavuz Sultan Səlim körpüsünün istifadə olunacaq.
Vüsalə Abbasova 


Xəbərin orijinal ünvanı: https://report.az/region/ataturk-hava-limanina-enen-son-teyyare-bakidan-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR