AZAL bu gündən İstanbul reyslərini yeni hava limanına həyata keçirəcək

AZAL bu gündən İstanbul reyslərini yeni hava limanına həyata keçirəcək
14:47 7 Aprel 2019
69 Ölkə
Ölkə mətbuatı
A- A+

"Atatürk" hava limanının bağlanması ilə əlaqədar olaraq bu gündən etibarən AZAL-ın İstanbul istiqaməti üzrə bütün reysləri yeni hava limanına ("Istanbul New Airport") həyata keçiriləcək.

Milli.Az müsavat.com-a istinadən xəbər verir ki, 2019-cu ilin yay uçuş cədvəli (31 martdan - 26 oktyabradək) çərçivəsində "Azərbaycan Hava Yolları" Bakı-İstanbul-Bakı marşrutu üzrə gündə üç reys, 1 may tarixindən 6 oktyabr tarixinədək isə gündə dörd reys həyata keçirəcək.

Yeni hava limanı İstanbulun Avropa hissəsinin Arnavutköy bölgəsində, şəhərin mərkəzindən 35 kilometr məsafədə yerləşir. Hava limanına gediş-gəliş bir neçə avtobus marşrutu ilə təmin edilir, 2020-ci ildə isə hava limanı ərazisində yeni metro stansiyasının açılması gözlənilir.

Biletləri artıq əldə etmiş transfer sərnişinlər miniklə bağlı heç bir narahatçılıqla üzləşməyəcəklər. Digər aviaşirkətlərin əvvəllər "Atatürk" hava limanına həyata keçirilən reysləri də İstanbulun yeni hava limanından yerinə yetirilməsi gözlənilir.

Qeyd edək ki, "Türkiyə Hava Yolları" da xaricə ilk səfərləri məhz Azərbaycan və Şimali Kiprə həyata keçirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/744984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR