Azərbaycan çempionu adına namizəd iki komanda qaldı - VİDEO

Azərbaycan çempionu adına namizəd iki komanda qaldı - VİDEO
19:04 7 Aprel 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

 
Bu gün Topaz Premyer Liqasında XXIII tura yekun vurulub.
 
ONA-nın məlumatına görə, ikinci oyun günü Qəbələdə başlayıb. 
 
Mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparan eyniadlı komanda “Qarabağ”ı qəbul edib. Çempion titulunu qorumağa çalışan qonaqlar Donald Qeryenin erkən qolu ilə hesabı açıblar.
“Qəbələ” ilk yarının ortalarında status-kvonu bərpa edib. Rauf Əliyev meydan sahiblərini sevindirib. “Neftçi” ilə xal fərqinin yaranmasını istəməyən Qurban Qurbanovun yetirmələri görüşün sonlarında qələbə qolunu vurmağa müvəffəq olublar. Bu dəfə Araz Abdullayev fərqlənib.
 
Günün digər oyunu Bakıda baş tutub. “Sabah” paytaxt derbisində “Səbail”i qonaq edib. Digər matçdakı kimi bu qarşılaşmada da erkən qol qeydə alınıb.
 
Enrike Perilyo 2-ci dəqiqədə qonaqları önə çıxarsa da, Filip İvanoviç ilk yarının bərabər bitməsini təmin edən qola imza atıb. İkinci hissə isə debütantın üstünlüyü ilə keçib. “Səbail”də yalnız ulduz futbolçu Maykl Essyenin debütü diqqət çəkibsə, “Sabah” iki qol vurmaqla əzmkar qələbə qazanıb. Öncə Cavid İmamverdiyev, Marko Deviçin penaltidən yararlana bilmədiyi epizodda dönən topa zərbə vuran Vanderson Silva fərqləniblər.
 
Bu nəticədən sonra “Səbail” çempionluq, hətta gümüş medala nəzəri şansla da vidalaşıb. 3-cü pillədə qərarlaşan Aftandil Hacıyevin yetirmələri liderlərdən 17 xal geri qalırlar. Bununla da ilk iki pilləni “Neftçi” və “Qarabağ”ın bölüşdürəcəyi sona beş tur qalmış rəsmiləşib.
 
Qeyd edək ki, növbəti turun oyunları aprelin 13-14-də keçiriləcək.
 
Topaz Premyer Liqası
XXIII tur
7 aprel (bazar)
“Qəbələ” – “Qarabağ” – 1:2
Qollar: Rauf Əliyev, 23 // Donald Qerye, 3; Araz Abdullayev, 83
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu 
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Şaiq Həmidov 
Qəbələ şəhər stadionu, 14:00
 
“Sabah” – “Səbail” – 3:1
Qollar: Filip İvanoviç, 32, Cavid İmamverdiyev, 66, Vanderson Silva, 69 // Enrike Perilyo, 2
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov 
“Əlincə Arena”, 16:30
 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

23

15

6

2

41-17

51

2

Qarabağ

23

15

6

2

49-19

51

3

Səbail

23

10

4

9

27-25

34

4

Qəbələ

23

7

9

7

25-25

30

5

Sabah

23

7

5

11

19-31

26

6

Zirə

23

5

7

11

21-34

22

7

Sumqayıt

23

5

5

13

18-36

20

8

Keşlə

23

5

4

14

22-35

19

Bombardir: Baqali Dabo ("Neftçi") – 11 qol

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310575

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR