“Norman formatı”nda (Fransa, Almaniya, Rusiya və Ukrayna) Donbas münaqişəsi üzrə danışıqlar yaxın vaxtlarda yenilənəcək.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
“İndi biz Berlinə gedirik. Bu gün bizim partnyorlarımızın bəyanatı var ki, “Normandiya format”nın fəaliyyəti təcili bərpa ediləcək”, - Poroşenko “Ukrayna” telekanalının efirində deyib.
Daha əvvəl Almaniya hökumətinin nümayəndəsi Şteffen Zaybert bildirib ki, Poroşenko aprelin 12-də Almaniya kansleri Angela Merkellə görüşəcək.