[ 05 May 2015 12:32 ]



Bakı. Hafiz Heydərov - APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 5-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Saymon Tiller keçiriblər.