Tramp amerikalı nazirin vəzifəsindən ayrılacağını açıqladı

ABŞ prezidenti Donald Tramp, ölkənin Daxili təhlükəsizlik naziri Kirsten Nilsenin vəzifəsindən ayrılacağını açıqlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlə Ağ Evdə görüşündən sonra Tvitterdən açıqlama yayan Tramp deyib: “Daxili təhlükəsizlik naziri Kirsten Nilsen vəzifəsindən ayrılacaq. Xidmətlərinə görə, ona təşəkkür etmək istəyirəm”.

Tramp eyni zamanda deyib: “Hazırki ABŞ Gömrük və Sərhəd Mühafizə direktoru Kevin McAleenanın Daxili təhlükəsizlik nazirinin vəkili olaraq keçirildiyini deməkdən məmnunam. Kevinin yaxşı iş görəcəyinə inanıram”.

Amerika mediasındakı iddiaya görə, Tramp, Nilsenin Mərkəzi Amerika ölkələrindən gələn miqrantlara sığınacaq almaq üçün müraciət etmələrinə icazə verməyə dəvət etməsinə görə narahat idi.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR