Türkiyənin Balıkesir şəhərinin Burhaniyə bölgəsində 16 yaşlı gənc Enes Deniz faciəli şəkildə ölüb.
Mətbuat.az türk mediasına istinadən xəbər verir ki, gənc oğlan idarə etdiyi traktorun aşması nəticəsində onun altında qalıb.
Hadisə yerindəcə ölən oğlanın cəsədi araşdırmanın ardından Burhaniyə Dövlət Xəstəxanasının morquna aparılıb.
Günay İlqarqızı / Metbuat.az