Bakıda oğurluqla məşğul olan şəxs tutulub.
Publika.az xəbər verir ki, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 3-dən aprelin 5-dək olan müddətdə Bakı şəhər sakinləri olan 4 qadının çantalarından pul, bankomat kartı və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Z.Kələfiyev saxlanılıb.
Bundan başqa Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 1-də marşurut avtobusunda şəhər sakini olan bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Ə.Həsənov və M.Məmmədov yaxalanıb.
Araşdırmalar davam etdirilir.