Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb
12:29 8 Aprel 2019
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə əsasən 19 il müddətinə azadlıqdan məhrum edilmiş və 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Babayev Eldar Fərhad oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı oğlu Tanrıverdiyev Ehtiyat Arif oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman “Turçinka” yağının içərisində xüsusi üsulla gizlədilmiş iki plastik qabın arasından daxilində danışıq kartı olan bir ədəd “İphone 4s” markalı mobil telefon aparatı və bir ədəd USB kabel aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3043070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR