Artıq Bakının bu yollarında rahat maşın sürmək olacaq - FOTO

Artıq Bakının bu yollarında rahat maşın sürmək olacaq - FOTO
12:37 8 Aprel 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Milli.Az-a verilən məlumata görə, cari ilin əvvəlindən Bakının Yasamal rayonu üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 5,3 km uzunluğa malik 5 küçənin 85 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb.

Bu hər birinin uzunluğu 1,6 km olan Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri, onları birləşdirən 0,4 km uzunluğa malik "A Keçidi" küçəsi, 1 km-lik "7-ci Alatava" və 0,7 km uzunluğunda Şəfayət Mehdiyev küçələridir.

Sadalanan küçə və yollar boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.

İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Yasamal rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 12 km-dən artıq uzunluğa malik 5 küçənin təqribən 80 min kv.m sahəsində təmir-tikinti işlərinə start veriləcək.

Misal olaraq 1,6 km uzunluğa malik Şamil Əzizbəyov, 1,4 km-lik "1-ci Alatava", 7 km-lik "2-ci Alatava", 1,6 km uzunluğunda olan Ümid Əkbərov küçələrini, həmçinin Şəfayət Mehdiyev küçəsinin Landau və Ə.Haqverdiyev küçələri arasında yeləşən 0,8 km-lik hissəsini göstərmək olar ki, yaxın müddətdə bu və digər küçə və yolarda da təmir-tikinti işləri davam etdiriləcək.

Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.

Yusif Nəsirli
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/745216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR