Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.

Metbuat.az bildirir ki, bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini diqqətdə saxlayır:

“Müzakirələrin əsas mövzusunun Türkiyə-Rusiya münasibətləri olmasına baxmayaraq, gündəlikdə, həmçinin Cənubi Qafqazdakı vəziyyət də yer alacaq”.

Səfər çərçivəsində türkiyəli liderin Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlərin inkişaf prespektivləri müzakirə olunacaq.