Avropa Birliyi İrana tətbiq edilən sanksiyaların

Avropa Birliyi İrana tətbiq olunan sanksiyaları 1 il müddətinə uzatmaq qərarı verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, AB tərəfindən verilən yazılı açıqlamada deyilir: “Ciddi insan hüquqlarının pozulması səbəbilə İrana tətbiq olunan sanksiyaların 2020-ci il 13 aprel tarixinə qədər uzadılmasına qərar verilib”.

Açıqlamada bildirilir ki, AB-nin İrana tətbiq etdiyi sanskiya siyahısında dondurulmuş mallar və viza qadağası verilən bir şirkət, 82 nəfər var. Bundan əlavə, təzyiq vasitəsi kimi istifadə edilə biləcək avadanlıq və dinləmə texnologiyalarından istifadənin ixracı da qadağan edilib.

Qeyd edək ki, Avropa İttifaqı 2011-ci ildən bu günə qədər insan hüquqlarının pozulmasını səbəb gətirərək hər il sanksiyaların müddətini bir il artırır. Nüvə proqramı səbəbilə AB-nin İrana qarşı tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyaları isə ləğv edilib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR