Türkiyə ilə Rusiya arasında 3 saziş imzalanacaq

Kreml sarayında Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dövlət başçıları Rusiya-Türkiyə Ali Əməkdaşlıq Şurasının 8-ci iclasından əvvəl açıqlama veriblər. Ərdoğam bildirib ki, bir çox sahədə - siyasi, hərbi, strateji, iqtisadi, ticarət və mədəni görüşlərimiz olacaq: “Bu gün aramızda 3 saziş imzalanacaq. Bunlarla birlikdə gələcəyə hesablanmış addım atacağıq. Gördüyünüz kimi, ticarət həcmində 15 faiz artım var. Bir hədəfimiz var idi, 100 milyard dollarlıq hədəfə doğru gedirik. Hər şeydən əvvəl “Türk axını” layihəsinin Türkiyədəki dəniz hissəsi artıq başa çatıb, qurudakı addımlarımız da planlaşdırılan şəkildə davam edir. Məqsədimiz işləri nəzərdə tutulan təqvimdə bitirməkdir.

Digər vacib addım isə regionda baş verən terror aktlarına qarşı həmrəylik içərisində atdığımız addımlardır. Xüsusilə Suriyadakı addımlarımız böyük əhəmiyyət daşıyır. İnanıram ki, bizim ali səviyyəli strateji toplantımız da bu baxımdan vacibdir. Eyni zamanda, nazirlərimizin bir-biri ilə görüşləri vacibdir. Bunları qiymətləndirərək səkkizinci iclasımızı tamamlayacağıq”.

Rusiyanın dövlət başçısı Vladimir Putin isə bildirib ki, Türkiyə ilə ikitərəfli əlaqələrimiz, xüsusilə də iqtisadiyyat sahəsindəki inkişafı məmnuniyyətlə izləyirik:

“Biz mədəniyyət və turizm ilinin açılışını edəcəyik. Aprel ayında ticarət həcminin artımı 15 faizə bərabər olub və 35 milyard dollara çatıb. “Türk axını”nın dəniz və quru hissəsi arasında əlaqə bir qədər əvvəl yaradılıb. Beynəlxalq münasibətlər və qlobal problemlərlə bağlı da gərgin əməkdaşlıq aparırıq”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR