Yaponiya KXDR əleyhinə sanksiyaların müddətini artırıb

Yaponiya KXDR əleyhinə sanksiyaların müddətini artırıb
08:47 9 Aprel 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiya hakimiyyəti Şimali Koreya barəsində qüvvədə olan sanksiyaların müddətini uzatmaq barədə qərar qəbul edib.
Bu barədə "Report" "Kyodo" agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, rəsmi Pxenyan əleyhinə yönələn saknsiyalar daha 2 il müddətində qüvvədə qalacaq.
Rəsmi Tokio belə tədbirlərin köməyi ilə Pxenyanı nüvə proqramının bağlanması üçün konkret addımları atmasına təşəbbüs etməsinə çalışır.
Həmçinin Yaponiya hakimiyyəti keçmişdə oğurlanmış vətəndaşlarının taleləri barədə məlumat almaq istəyir.
İlkin ehtimala görə, Yaponiyanın qərarı həm də onunla izah olunur ki, hazırda ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında danışıqların nəticəsi barədə qabaqcadan xəbər vermək çətindir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiya-kxdr-eleyhine-sanksiyalarin-muddetini-uzadib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR