Qazaxıstanda erkən

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev erkən prezident seçkilərinin keçiriləcəyini elan edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət telekanalında çıxış edən Tokayev bildirib ki, erkən prezident seçkiləri iyunun 9-da keçiriləcək.

Qurucu prezident Nursultan Nazarbayev sayəsində uğurlu və nüfuzlu dövlət qurduqlarını bildirən Tokayev deyib: “Qazaxıstan beynəlxalq ictimaiyyətdə mühüm yer tutub. Ölkəmizi bütün dünya qəbul edir. İndi biz tarixi hadisə yaşayırıq. İqtidar Qazaxıstanda Konstitusiyaya dəyişiklik etdi. Bu addım beynəlxalq ictimaiyyətin Qazaxıstana olan hörmətini daha da artırdı”.

Erkən seçkilərin tamamilə zəruri olduğunu qeyd edən Tokayev deyib: “Siyasi və sosial birliyə nail olmaq, sosial və iqtisadi məqsədlərə çatmaq və hər hansı bir qeyri-müəyyənliyi aradan qaldırmaq üçün möhkəm addımlar atmaq lazımdır. Dünyadakı vəziyyət bizim üçün yaxşı olmayan istiqamətdə dəyişir. Ölkəmizin daxili və xarici siyasətinin davamlılığını, sabitliyini təsdiqləməliyik”.

Qazaxıstanın demokratik ölkə olduğunu və prezidentin xalqın iradəsilə seçiləcəyini bildirən Tokayev deyib ki, seçkilərin dürüst, açıq və ədalətli keçiriləcəyinə qarantiya verirəm.

Çıxışından sonra Tokayev prezident seçkilərinin 9 iyunda keçiriləcəyi ilə bağlı fərmanı imzalayıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR