FETÖ-yə qarşı ard-arda ƏMƏLİYYATLAR -

Ankara Cümhuriyyət Baş Prokurorluğu 8 fərqli rayonda FETO-ya qarşı əməliyyat təşkil edib.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, bu səhər Adana Baş Prokurorluğunun təlimatı ilə Rayon Polis idarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi əməkdaşlarının səyi nəticəsində polislikdən uzaqlaşdırılan 59 şübhəli saxlanılıb. Şübhəlilər Adana Məhkəmə Tibbi Ekspertizasında müayinədən keçdikdən sonra polis idarəsinə götürülüblər.

Türkiyədə daha bir FETO əməliyyatı Konyada keçirilib. Polis əməkdaşları 29 fərqli adresdə əməliyyat aparıblar. Türkiyə Silahlı Qüvvələri şübhəlilərin molla, direktor, imam, tələbə, asistant, həkim və fərqli vəzifələrdə çalışdıqları xəbərini əldə edib. Şübhəlilərin saxlanması üçün əməliyyat davam edir.

Alınan məlumata görə, Kocaeli Cümhuriyyət Baş Prokurorluğunun da FETO/PDY-yə yönəlik əməliyyatları davam edir. Bu əməliyyatlar çərçivəsində 9 vəzifəli, 4-ü vəzifəsindən xaric edilmiş, 1 təqaüdçü, 1 keçmiş hərbiçi ilə 2 vətəndaş "məhrəm qardaş" haqqında həbs qərarı verilib. Şübhəlilərin yaxalanması üçün Kocaeli Polis idarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi əməkdaşları Kocaeli, Ankara, İzmir, Antalya, Muğla, Düzce, Zonguldak, Kars, Hatay, Kayseri və Adanaya eyni zamanda əməliyyatlar hazırlayıb.

Aysel Yaqubqızı / Metbuat.az

Qazaxıstanda erkən prezident seçkiləri keçiriləcək



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR