Elnarə "Space" haqqında: “Efirimdə Məleykə Əsədova qızdırmalı olduğu kimi...”

Elnarə "Space" haqqında: “Efirimdə Məleykə Əsədova qızdırmalı olduğu kimi...”
14:13 9 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Məşhur müğənni Elnarə Xəlilova Rüfət Axundovla Rəşad İlyasovun “Space” kanalının “Hər səhər” verilişində nəlayiq ifadələr işlətməsinə münasibət bildirib.

Publika.az xəbər ki, müğənnilik fəaliyyəti ilə yanaşı radio və televiziya aparıcılığı ilə məşğul olan ifaçı həm aparıcılara, həm də sənət nümayəndələrinə dəstək olub. Onun sözlərinə görə, heç kəs efirdə baş verən gözlənilməz olaylardan sığortalanmayıb:

“Günlərdir düşünürdüm ki, yazım, ya yazmayım. Nəhayət qərar verdim ki, haqqı yazam. Doğrudur, bu elə məsələlərdəndir ki, desəm öldürəcəklər, deməsəm ölləm. Amma ölmək ölməkdir, xırıldamaq nəyə lazım? Çox uzatmayacam. Əgər Rəşad İlyasov və Rüfət Axundov bilsəydilər ki, efirdə eşidilirlər, onlar söyüş söyərdimi? Tarix Əliyev bilsəydi ki, onu gizlin çəkib göstərəcəklər çəkilişdə söyüş söyərdimi? Xoşqədəm Baxşəliyeva bilsəydi ki, onun efirə getməyən kadrlarını sonra yayacaqlar elə danışardımı? Mənim də başıma gəlib. Aparıcı Zaur və Günay da şahiddir. Efirdə olduğumu bilmirdim. Və efirə heç vaxt deməyəcəyim sözləri dedim. Demək ki, bundan heç kim heç vaxt sığortalanmayıb.

Yazıq “Yanar saat” verilişinin isə ümumiyyətlə heç bir günahı yoxdur. Qonaq efirdə qızdırmalı da ola bilər. Sayaqlaya da bilər. Mənim efirimdə Məleykə Əsədova qızdırmalı olduğu kimi. Aparıcının canlı efirdə yaranmış vəziyyəti toparlamağa yalnız cəhdi ola bilər - günahı isə heç zaman! Adlarını sadaladığım insanlar! Gün birlik göstərmək günüdür! Sizi işarələməkdə məqsədim səsimə səs verməyinizdir! Mən sizi birlik və həmrəylik göstərməyə çağırıram. Ümid edirəm səhv anlaşılmayacam. Allah hamımıza kömək olsun!”

Xatırladaq ki, 2013-cü ildə M.Əsədova Elnarə Xəlilovanın verilişində qonaq olarkən aparıcının “necəsiz” sualına “Çox xoşbəxtəm, bu gün hər yerdə bayramdır, hamı bayramı qeyd edir. Hər yerdə konsertdir, bu gözəldir” deyə cavab vermişdi. E.Xəlilovanın “Bu gün Şuşanın işğalı günüdür” sözlərindən sonra Xalq artisti çaşbaş qalaraq qızdırmalı olduğunu əsas gətirmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/275080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR