Amerika Birləşmiş Ştatları Avropa Birliyi məhsullarına gömrük vergisi tətbiq edəcək.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. Tramp qeyd edib ki, Dünya Ticarət Təşkilatının Avropa Birliyinin “Airbus”-a dəstəyinin ABŞ-a neqativ təsir etdiyi müəyyənləşib. Bu səbəbdən də 11 milyard dollar həcmindəki Avropa Birliyi məhsuluna gömrük vergisi tətbiq olunacaq:
“Avropa Birliyi uzun illərdir ABŞ-la ticarətin üstünlüklərindən faydalanıb, lakin bu, tezliklə başa çatacaq”.
Günay Elşadqızı / METBUAT.AZ