47 yaşlı Um Yaser Misirdə turistlərə bələdçilik edən ilk bədəvi qadın olub.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, Um Yaser bölgədə qadınların işləməyinin mentalitetə zidd olduğunu vurğulasa da, bu işə ehtiyacının olduğunu bildirib:
"Qadınların da işləməyə ehtiyacı var. İnsanlar məni lağa qoyurlar, ancaq bu məni maraqlandırmır. Mən güclü qadınam".
Yaserlə birlikdə turistləri gəzdirən 3 qadın da var. Yaser bildirib ki, biz bölgəmizdə turizmin inkişafına fayda vermək istəyirik.

Misir tarixində bir ilk olan bu proyekt 2015-ci ildə başladılıb. Gəzintilər zamanı 550 kilometr dağlıq ərazidəki köçəri 8 qəbiləyə çatmaq mümkün olub.
Yaser deyib ki, öncə Sina yarmadasındakı qəbilələr qadının bələdçilik etməsinə şiddətlə qarşı çıxıb. Bölgədə turlar təşkil edən turizm şirkətinin sahibi Ben Hoffler nəhayət keçmiş qəbilələrdən olan Hamadalara təklifi qəbul etdirib.

Amerikan Associated Press (AP) müxbiri Nəriman əl Müftü 16 qadın turistlə Um Yaserin rəhbərlik etdiyi tura qatılıb. Turda Cənubi Koreya, Yeni Zelandiya, Misir və Avropa ölkələrindən turistlər olub.

Aysel Yaqubqızı / Metbuat.az