“Report” filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 5,8% azdır.
İran bankının aktivlərinin 3,733 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bakı filialının kredit portfeli 17,4% böyüyüb.
Hesabat dövründə İran Bankının cəmi öhdəlikləri 6,5% artaraq 42,424 milyon manata, o cümlədən depozit portfeli 2,8 dəfə artaraq 11,153 milyon manata çatıb, balans kapitalı isə 12,7% azalaraq 61,728 milyon manata düşüb.
Bu ilin I rübündə Bakı filialının faiz gəlirləri 700 min manat (ötən ilin eyni dövrünə nisbətən 8,3% az), faiz xərcləri 24 min manat (4,3% çox), qeyri-faiz gəlirləri 190 min manat (30,4% az), qeyri-faiz xərcləri 316 min manat (12% az) təşkil edib. Son nəticədə İran bankının əməliyyat mənfəəri 549 min manat olub.
İran bankı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 9,157 milyon manat ayırıb, mənfəət vergisi ödəmələrinə isə 5 min manat qənaət edib. Bununla da, Bakı filialı bu ilin I rübünw 8,603 milyon manat xalis zərərlə başa vurub. Halbuki maliyyə qurumu ötən ilin eyni dövründən 856 min manat mənfəətlə çıxmışdı.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 73,611 milyon manatdır.