Laboratoriyanın açılış mərasimində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev və Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, eləcə də İordaniyanın elm xadimləri və tələbələri iştirak edib.
Mərasimdə çıxış edənlər istifadəyə verilən laboratoriyanın fiziki qüsurlu tələbələrin təhsillərini uğurla başa vurmasında və savadlı mütəxəssis kimi yetişməsində müstəsna rol oynayacağını vurğulayıb, Azərbaycan Respublikası tərəfindən fiziki qüsurlu tələbələrə göstərilən yardım və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbir ölkənin yerli KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
SEYMUR