Surət Hüseynovun müşaviri iki soydaşımızı Çexiya zindanına saldırdı

Surət Hüseynovun müşaviri iki soydaşımızı Çexiya zindanına saldırdı
08:47 15 Yanvar 2015
203 Sosial
Ölkə mətbuatı
A- A+

Surət Hüseynovun keçmiş müşaviri Çexiyada azərbaycanlı gəncləri şərləyərək içəri saldırıb.

Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun müşaviri və yaxın dostu olan şəxs Çexiyada təhsil almaq istəyən gənclərin arzusunu gözündə qoyub. Bu azmış kimi, hətta onları həbsə də saldırıb.

Əldə etdiyimiz məlumata görə, ötən ilin noyabr ayının 25-də Çexiyada fəaliyyət göstərən "Azər-Çex" adlı diaspora təşkilatının sədri Nəzərov Elşən Saday oğlunun şikayəti əsasında AR vətəndaşları - Azər Məmmədov (Praqa Ali İqtisadiyyat Məktəbinin 3-cü kurs tələbəsidir) və onun ögey qardaşı Yusif Tamazanov barəsində Çexiya hüquq-mühafizə orqanları tərəfindən həbs qəti imkan tədbiri seçilib.

Araşdırmalar zamanı məlum olub ki, Elşən Nəzərov 2012-ci ildə Yusif Tamazanovu Praqa Konservatoriyasına qəbul etdirmək üçün ondan 5000 ABŞ dolları məbləğində pul vəsaiti alıb, sonradan Yusif Tamazanov tələbə vizası ala bilmədiyi üçün Elşən Nəzərov həmin məbləğin 4000 dollarını geri qaytarıb.

Noyabrın 25-də Azər Məmmədov və Yusif Tamazanov Elşən Nəzərova məxsus tərcümə mərkəzinə gedərək, 1000 dolların geri qaytarılmasını tələb ediblər. Bu zaman Elşən Nəzərov polisə zəng edərək həmin şəxsləri oğru kimi qələmə verib və hədələndiyini bildirib. Bundan sonra polis əməkdaşları Azər Məmmədov və Yusif Tamazanovu saxlayıblar. Sonradan onları Çexiya Respublikasının ərazisini tərk etməmək şərtilə azadlığa buraxıblar.

Nəzərov Elşən Saday oğlu Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun müşaviri və yaxın dostu olub. Azərbaycan iqtidarına qarşı müxalif mövqedə dayanan Elşən Nəzərov ailəsi ilə birgə 1994-cü ildə ölkəni tərk edib. 1997-ci ildə Çexiyada siyasi mühacir statusu alıb. 2005-ci ildə Azərbaycana qayıdan zaman dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib, lakin Çexiyanın yüksək vəzifəli məmurlarının səyi nəticəsində azadlığa buraxılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR