Şabran, 5 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 5-də Şabran şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan mini futbol üzrə rayon birinciliyinin final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə aprelin 20-dən başlayan birincilikdə məktəblilərdən ibarət 10 komanda mübarizə aparıb. Yarışın final görüşündə “Çıraqqala” və “Şabran” kollektivləri qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Çıraqqala” rəqibini minimal hesabla (1:0) məğlub edərək turnirin qalibi adını qazanıb.


