Şiddətli qasırğa və sel 8 nəfərin ölümünə səbəb OLDU -

ABŞ-ın cənub əyalətlərində davam edən şiddətli qasırğa və sel nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ-ın Texas, Missisipi, Luiziana, Arkanzas əyalətlərində şiddətli qasırğalar və yağışlar davam edir. Təbii fəlakət bölgələrdə 8 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub. Ölənlərdən 3-nün uşaq olduğu deyilir.

Baş vermiş fəlakət nəticəsində 90 min insan elektriksiz qalıb.

Missisipi Əyalət Universiteti ətrafında meydana gələn tornado 21 min tələbənin köməksiz vəziyyətdə qalmasına səbəb olub.

Beynəlxalq Meteorologiya Mərkəzindən verilən açıqlamaya görə, qasırğanın əmələ gətirdiyi tornadolarda küləyin sürəti saatda 225,3 kilometrə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR