"Payitaht Abdülhamid" serialında Ahmet Celalettin Paşa obrazına həyat verən Cem Uçan çəkiliş zamanı atdan düşərək ağır yaralanıb.
Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, xəstəxanaya yerləşdirilən aktyorun qolu və belindəki sümük qırılıb.
Cem Uçan sosial media hesabından əməliyyata girəcəyini açıqlayıb.

Aysel Yaqubqızı / Metbuat.az