“The Bottle Boys” adlı danimarkalı qrup şüşə butulkalarla hazırladıqları musiqi ilə hər kəsi heyrətləndirir.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, bu qrup 2005-ci ildə peşəkar musiqiçi Martin, Kaspar, Cohannes və Filipin bəzi sərhədləri aşmağa və daha əvvəl heç kimin etmədiyi bir şey yaratmağa qərar verdiyi zaman quruldu.

Onların bu yola çıxmaqda məqsədləri yaradıcı və çevik qüvvə ilə mümkün olduqca daha çox insanı əyləndirmək və ilham vermək idi. şüşə butulkalar və digər alətlərlə birinci dərəcəli bir musiqi performansı göstərən bu adamlar həm canlıbir əyləncə olaraq, həm də dünyanın bütün yerlərindəki tədbirlərdə “Youtube”dan və “Facebook”dakı videolar vasitəsilə dünyaya özlərini tanıda biliblər.

Qeyri-adi bacarıqları və əyləncəli həyat tərzləri ilə bu 4 gənc fenomen halına gəliblər və yorulmadan bu işə davam edirlər. Demək olar ki, bütün tərzlərdə musiqilər ifa edən bu adamlar küçələrdə rəngli görüntülərə səbəb olaraq insanları öz yüksək enerjiləri ilə əyləndirməyi bacarırlar.


bottleboys_about2

https://metbuat.az/news/1168022/jurnalistika-telebesi-foto-cekdirmek-ucun-cixdigi-qulleden.html