Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hazırda baş məşqçi məsələsi ilə bağlı məsləhətləşmələrə başlanılıb. Bu vəzifəyə təyinat yaxın günlərdə federasiya prezidenti Cavid Qurbanovun iştirakı ilə keçiriləcək Rəyasət Heyətinin iclasında gerçəkləşəcək.
F.Qarayev baş məşqçi fəaliyyətini ötən il səhətindəki problemlərlə əlaqədar dayandırıb. Lakin o, ölkənin voleybol həyatında qalaraq, I vitse-prezident kimi federasiya rəhbərliyində təmsil olunur.