"Report" "El Mundo"ya istinadən xəbər verir ki, 31 yaşlı hücumçu imic hüquqlarından əldə olunan gəlirlərə görə 1.1 milyon avroluq vergi fırıldaqçılığı ilə ittiham olunur.
İspanlar oyunçunun 2014-cü ildə İngiltərə "Çelsi"sinə keçməsindən qısa müddət əvvəl "Adidas" şirkəti ilə sponsorluq razılaşmasından əldə etdiyi gəlirləri gizlədə biləcəyini ehtimal edib.
Qeyd edək ki, İspaniya Kral Futbol Federasiyasının İntizam-Komitəsi Dieqo Kostanı "Barselona" ilə matçda hakimi təhqir etdiyi üçün 8 oyunluq diskvalifikasiya edib.