Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyasının Yer təkinin sistemli tədqiqatlar seksiyasının xarici üzvü seçilib.
RSXM-dən AZƏRTAC-a bildiriblər ki, bu qurumda keçirilən toplantıda Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmlər doktoru, Yer təkinin sistemli tədqiqatlar seksiyasının sədri, Elmi-Sənaye, Neft və Qaz İstehsalı Proseslərinin Tədqiqatları Sistemi İnstitutunun direktoru Əzizağa Şahverdiyev Rusiya Təbiət Elmləri Akademiyasının fəxri diplom və medalını Q.Yetirmişliyə təqdim edib.