“Report” xəbər verir ki, püşk nəticəsində voleybol, həndbol və basketbol üzrə kişi və qadınlar arasında baş tutacaq yarışlarda qrupların tərkibi bəlli olub.
Voleybol
Kişilər
A qrupu: Almaniya, Rusiya, Belarus, Azərbaycan
B qrupu: Çexiya, İtaliya, Bolqarıstan, Belçika
Qadınlar
A qrupu: Azərbaycan, Rusiya, Boqarıstan, Rumıniya
B qrupu: İtaliya, Türkiyə, Belarus, Almaniya
Həndbol
Kişilər
A qrupu: Danimarka, Almaniya, Serbiya, Azərbaycan
B qrupu: İslandiya, Xorvatiya, Fransa, Sloveniya
Qadınlar
A qrupu: Fransa, Rumıniya, Hollandiya, İspaniya
B qrupu: Macarıstan, İsveçrə, Çexiya, Azərbaycan
Basketbol
Kişilər
A qrupu: Xorvatiya, Fransa, Serbiya, Azərbaycan
B qrupu: İspaniya, Türkiyə, Almaniya, Litva
Qadınlar
A qrupu: İtaliya, Fransa, Rusiya, Belçika
B qrupu: Çexiya, Türkiyə, Macarıstan, Polşa
Xatırladaq ki, 2019-cu il Avropa Gənclər Olimpiya Festivalı 21 - 28 iyulda Bakıda keçiriləcək. Ümumilikdə, 50 ölkədən 3600-ə yaxın idmançının iştirakı gözlənilir. Festival 10 idman növü üzrə keçiriləcək: gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş. 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcək.





