"Report"un xəbərinə görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası aprelin 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2018-ci ilin oktyabr ayında Gəncə şəhərinin "Mahrasa bağı" deyilən ərazidə baş verib. 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini, Muraz Məmmədov çoxsaylı bıçaq yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
Araşdırmalar nəticəsində M.Məmmədovun həyat yoldaşının dayısı M.Həzrətov tərəfindən bıçaqlandığı məlum olub və o, saxlanılıb.
Məlumata görə, hadisə borc pul üstündə olub.