Bu insanların nəyə ibadət etdiyini biləndə ŞOK OLACAQSINIZ-

Dünyada milyonlarla insan müxtəlif inanclar sistemində yaşantılarını davam etdirirlər. Bu inanclardan ən fərqlisi isə Hindistandadır.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, Hindistanın Bikaner şəhərində bir qrup hindu siçanlara ibadət edir.

Şəhərdəki Karni Mata sığınacağında 20 min siçan yaşayır.

Dünya səyahətinə çıxan və siçanlara ibadət edən insanların maraqlı görüntülərini paylaşan türkiyəli turist Ümid Çor bildirib ki, insanlar bura yeməklər gətirir, siçanalrı əlləri ilə yedirirlər. Bəziləri hətta, yeməklərini siçanlarla birlikdə yeyirlər. Sığınacağa və siçanlara zərər gəlməməsi üçün sığınacağın üstünü xüsusi materiallarla bəzəyiblər.

Turist bildirib ki, buradakı insanlar "siçanları öldürməyin, tapdalamayın, əks halda sığınacağa gümüş və ya qızıl siçan heykəli bağışlamalı olacaqsınız"-deyə xəbərdarlıq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR