Yer ölçüsündə ekzoplanet aşkarlanıb

Yeni ekzoplanetlərin axtarışı üzrə ötən il missiyaya başlayan "TESS" kosmik aparatı Yer kürəsinə bənzər ilk planet aşkarlayıb.

Metbuat.az xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ Kosmik Agentliyinin (NASA) ekzoplanetlərin tranzit üsulla kəşfi üçün nəzərdə tutulan kosmik aparatı (TESS) Yer ölçüsündə ilk planeti təxminən 53 işıq ili məsafəsində yerləşən ulduz sistemində müəyyənləşdirib. Alimlərin ilkin fərziyyələrinə görə, yeni planetin radiusu Yer radiusunu təqribən 2,7 dəfə üstələyir. Bundan başqa, planetdə atmosferin mövcud olması ehtimal edilir. "TESS" siqnalları ekzoplanetin mövcudluğunu müəyyənləşdirdikdən sonra tədqiqatçılar Magellan teleskopunun "Planet Finder" spektroqraflarından istifadə etməklə onun aşkarlanmasını təsdiq ediblər.

Bildirilir ki, "HD 21749b" adlanan planet subneptundur (Neptun və Urandan az çəkiyə malikdir). Orbital dövrü 36 gün təşkil edən "HD 21749b" kosmik aparat tərəfindən aşkarlanan ən uzun orbital dövrə malik planet hesab olunur. Bununla yanaşı, "HD 21749b" planetinin kütləsi Yer kürəsinin çəkisindən təxminən 23 dəfə çoxdur. Alimlərin əsasən 10 günlük orbital dövrə malik planetlər aşkar edəcəklərini ehtimal etdiyindən kəşf layihə üçün qeyri-adi görünür. Hazırda astronomlar planetin atmosferinin nəyə bənzəməsini anlamaq üçün ölçməni dəqiqləşdirmək niyyətindədirlər. Yerdən fərqli olaraq "HD 21749b" daşlı deyil və onun atmosferinin sərin olduğu güman edilir. Onun "TESS" aparatının tədqiqatlar zamanı aşkarlayacağı Yer ölçüsündə olan çoxlu planetlərdən biri olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR